Siyəzən XS-də qaz xətlərinin və sayğaclarının həyətlərdən kənara çıxarılması ilə əlaqədar olaraq Təmir-tikinti idarəsi tərəfindən yeni çəkilmiş D-89 mm-lik qaz xəttinin D-100 mm-lik işlək qaz xəttinə qoşulması üçün 11.03.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.
Shimal.News xəbər verir ki, bu barədə “Azəriqaz” ASC məlumat yayıb.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə İ.Qayıbov, M.Zəkiyev, H.Aslanov və A.Mustafayev küçələri olmaqla ümumilikdə 360 abonentin qaz təminatında fasilə yaranacaq.
Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində, qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət edilməsi xahiş olunur.