Siyəzən rayonunun Dağ Quşçu kənd sakinləri susuzluqdan əziyyət çəkirlər.
Xəzər TV-nin məlumatına görə, yerli əhali suyun olmaması səbəbindən onların yaşayışına və təsərrüfat fəaliyyətinə ciddi təsir göstərir.
Məsələ ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi uzaq olduğuna görə ciddi çətinliklər var, lakin alternativ variantlar nəzərdə tutulub.
Digər bir neçə kənddə olduğu kimi Dağ Quşçu kəndinə də şəhər mərkəzindən su xəttinin çəkilməsi planlaşdırılır.