Siyəzən və Xızı rayonlarında inşa olunmuş bir mərtəbəli 2 və 3 otaqlı birtipli fərdi yaşayış evlərinin qazlaşdırılması işlərinin satın alınması həyata keçirilib.
Shimal.News xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə keçirilən tenderin nəticələri açıqlanıb.
Nazirlik sözügedən qazlaşdırma prosesini “Star Layihələndirmə TQ” QSC vasitəsi ilə həyata keçirəcək. Bu məqsədlə ölkə üzrə 23 ədəd bina üçün 127.867,16 manat pul ayrılıb.
Qeyd edək ki, “Star Layihələndirmə TQ” QSC-nin ölkə ərazisində qazlaşdırma prosesi keçirə biləcəyi AİİBNX tərəfindən təsdiqlənib və lisenziya verilib.