Sabah Siyəzən şəhərinin müəyyən hissəsində və rayonun 2 kəndində qaz təchizatı dayandırılacaq.
Shimal.News Xaçmaz Regional Qaz İstismarı İdarəsinə istinadən bildirir ki, qaz xəttində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq təmir işləri aparılacaq. Bu səbəbdən oktyabrın 8-i saat 10:00-dan etibarən mavi yanacağın təminatı 1894 abonent üçün dayandırılacaq.