Bu gün saat 09:00-dan etibarən Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə ümumilikdə 20 351 əhali abonenti və 260 qeyri-əhali abonentin qaz təminatında fasilə yaranıb.
Shimal.News məlumat verir ki, Zaqatala Regional Qaz İstismar İdarəsindən təmir işləri aparıldığı bildirilib.
Balakən rayonu Qabaqcöl qəsəbəsini təbii qazla təmin edən PE-200 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xətti və rayonun qaz təchizatında mühüm rol oynayan D-315 mm-lik orta təzyiqli qaz xətti üzərində TRZ G-1600 tipli qaz ölçü qovşağının quraşdırılması həyata keçirilir.
İşlər tamamlandıqdan sonra qaz təchizatı bərpa olunacaq.