top
Shimal.News yazdı, daha bir problem həllini tapdı - VİDEO
13 iyun 2025, 15:25
- +

Shimal.News yazdı, daha bir problem həllini tapdı - VİDEO

Şabran şəhərinin Niyazi küçəsində uzun illərdir davam edən elektrik dirəyi problemi nəhayət həllini tapdı. Küçə sakinlərinin öz gücləri ilə – kustar üsullarla – çəkdikləri elektrik xətləri illərdir ciddi təhlükə mənbəyinə çevrilmişdi. Kabellər evlərin damlarından, ağac budaqlarından və həyətlərin küncündən asılmış vəziyyətdə idi. Bu isə həm yanğın, həm də ölümcül qəza riski yaradırdı.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara – Şabran Rayon İcra Hakimiyyətinə və "Azərişıq" ASC-yə müraciət etsələr də, illərlə bu şikayətlər cavabsız qalmış, “gələn il baxılacaq” vədləri ilə ötüşdürülmüşdü.

Məsələ yalnız Shimal.News tərəfindən ictimailəşdirildikdən sonra diqqət mərkəzinə gəldi. Problemin gündəmə gətirilməsindən qısa müddət sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olundu və elektrik xətlərinin təhlükəsiz formada quraşdırılması işlərinə başlanıldı. Yeni dirəklərin quraşdırılması ilə Niyazi küçəsində həm təhlükəsizlik təmin olundu, həm də sakinlərin illərlə davam edən narahatlığı aradan qalxdı.

Sakinlər Shimal.News vasitəsilə səslərinin eşidilməsindən və problemin həllindən məmnun olduqlarını bildiriblər. Onlar bu cür ictimai nəzarətin vacibliyini vurğulayaraq, digər oxşar problemlərin də zamanında həll olunacağına ümid etdiklərini deyiblər.

 

 

 

 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər