Şabran şəhər bazarında antisanitar vəziyyət yaranıb.
Shimal.News xəbər verir ki, bazarın dayanacaq hissəsində uzun müddətdir ki, zibil qalaqlanıb və daşınmır. Ərazidə müşahidə kameralarının olduğuna dair lövhə quraşdırılsa da, görünür bu lövhə də ərazinin zibillənməsinin qarşını ala bilməyib.
Tullantılar uzun müddət daşınmadığı üçün ərazi zibil poliqonuna çevrilib. Bununla yanaşı, bazarın ara keçidlərində və dayancağında da zibilliyə rast gəlinir.
