Qusarın Yuxarı Tahircal kəndində 6 gündür işıq yoxdur.
Bu barədə Shimal.News-a məlumat verən yerli sakinlər bildirirlər ki, son dəfə yağan güclü yağışdan sonra elektrik təminatı dayandırılıb.
Məsələnin həllini nə vaxt tapacağı ilə bağlı qurumlar tərəfindən konkret məlumat verilmir:
“Leysan yağışlardan sonra işıqlar 6 gündür ki, yanmır. Elektrik xətləri sıradan çıxıb”, - deyə məlumatda qeyd olunub.
Yuxarı Tahircal kəndi Qusar rayonunda, Zuxul çayının yanında, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, Şahdağın ətəyində, Qusar maili düzənliyində yerləşir. 1885-ci ildə kəndin əhalisi 3926 nəfər təşkil edib, 2009-cü ilin rəsmi məlumatına əsasən, kənddə 449 nəfər yaşayıb. Arxeoloqların fikrincə, burada yaşayış yerinin yaranması e.ə. III-II minilliklərə təsadüf edir. Kəndə hücum çəkmiş Teymurləngin, qaraqoyunluların, ağqoyunluların, Nadir şahın qoşunları yerli əhaliyə böyük zülmlər ediblər.