"Azəriqaz" İstehsalat Birliyi elan edib ki, smart-kart tipli sayğaclarda sıfırlanma dekabrın 31-dən yanvarın 1-nə keçən gecə həyata keçirilib. Mexaniki sayğaclarda isə bu proses yanvarın 6-da baş verəcək.
Tarif Şurası bir çox kommunal xidmətlər kimi, qaz istehlakına da yeni qiymətləri təsdiqləyib.
Yanvarın 2-dən yeni tariflərə əsasən:
Eyni zamanda qeyd olunmalıdır ki, təbii qazın qaz paylayıcısına topdansatış qiyməti də 1 kub metr üçün 11,8 qəpikdən 13,5 qəpiyə, başqa sözlə 9,4% artırılıb.
Vətəndaşların bir çoxu mexaniki sayğaclarda sıfırlama yanvarın 6-da həyata keçirildiyindən yanvarın 2-dən 6-dək olan müddətdə qaz istehlakı hansı tarixlə hesablanacağının necə olacağını soruşur. Eləcə də smart-kart sayğaclara yeni qərardan öncə yüklənmiş məbləğ hansı tarifə əsasən hesablanacağı maraq doğurur.
Yenisabah.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyi məsələyə aydınlıq gətirib:
“Ümumən sayğaclarda yenilənmələr artıq başa çatıb. Hazırda sistem üzərindən yeni tarifə hazırlıq prosesi gedir.
Tutaq ki, vətəndaş dekabr ayının sonu özünə məxsus smart-karta müəyyən məbləğ ödəniş yükləyib. Onu öncəki tariflə yüklədiyi üçün əvvəlki qiymətlə işlədəcək”, - deyə birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.