Sabah Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırılacaq.
Shimal.News xəbər verir ki, adı çəkilən kəndin yol kənarından keçən yerüstü qaz xəttinin üzərindəki qapı keçidinin yer altına salınması məqsədi ilə işlər aparılacaq.
İyulun 29-u saat 10:00-dan etibarən təchizatda fasilə yaranacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa ediləcək.