Sabah Qəbələ şəhərində aşkarlanmış qaz sızmasının ləğv edilməsi məqsədi ilə təmir işləri aparılacaq.
Shimal.News məlumat verir ki, saat 10:00-dan başlayaraq Nəsimi, S.Vurğun, Natəvan, Gənclər, A.Səhhət,Yeni qəsəbə, C.Yusifov, A.Cəlilov, Şəhriyar, F.Rəhimov, A.Bakıxanov, Z.Əliyeva, H.Əliyev, H.Aslanov küçələrində cəmi 1961 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Təmir başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.