İsmayıllıda 100-dən çox ailənin yaşadığı Sədyan kəndi qazsız qalıb.
Xezerxeber.az-ın məlumatına görə, rayonun bir çox ətraf yaşayış məntəqələrinin qazlaşdırılmasına baxmayaraq Sədyan kəndində sakinlər hələ də qazsız yaşayırlar.
Bu kənddə havalar uzun müddət soyuq olur. Buna görə, əhali meyvə agaclarını və istifadəsiz taxta parçalarını yandıraraq isinməli olur.