İsmayıllı sakinləri “Azəriqaz”ın fəaliyyətindən narazıdırlar.
Shimal.News redaksiyasına müraciət edən sakinlər bildirirlər ki, rayon qaz istismar sahəsi ilə əlaqə yaratmaq olmur.
“Sayğacı artıq məbləğ yazan nə qədər insan var. Onlar xarab sayğacla yaşamağa məhkum ediliblər. Sahə rəisi isə vətəndaşları saymır, müraciətlərə baxılmır”, - deyə sakinlərdən biri qeyd edib.
Günlərdir soyuqda qaldığını bildirən digər sakin isə iddia edir ki, sayğacın dəyişdirilməsini gözləyirlər:
“Qurumla əlaqə yaratmaq olmur. Günlərdir soyuqda qalmışıq. Dərdimizi kimə deyək, hara deyək bilmirik. Bu vətəndaşlara qarşı açıq hörmətsizlikdir”.
Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.