İsmayıllının Soltankənd və Uştal kəndlərini içməli su ilə təmin edən anbarda yaranan sızmalar yerli sakinlərin narazılığına səbəb olub.
“Xəzər Xəbər”-in məlumatına görə, təminatda yaranan fasilələr sakinləri narazı salır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Uştal kəndində həcmi 600 kub metr olan su anbarı inşa edilib. Avqustun 13-də test prosesi zamanı sızıntı baş verib. Təmirdən sonra anbarın funksionallığı bərpa edilib. Hazırda suyun verilməsində fasilə yoxdur.
[video width="640" height="360" mp4="https://shimal.news/storage/photos/2024/09/videoplayback1.mp4"][/video]