Zaqatala rayonunun Zəyəm kəndində yolun ortasında quraşdırılmış işıq dirəyi sürücülər üçün təhlükə mənbəyinə çevrilib.
Shimal.News-a müraciət edən sakinlər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, xüsusilə də yerli elektrik şəbəkəsinə müraciət olunub. Lakin indiyədək heç bir tədbir görülməyib.
Yolun düz ortasında qalan işıq dayağı, xüsusilə gecə saatlarında və ya məhdud görünmə şəraitində hərəkət edən nəqliyyat vasitələri üçün ciddi risk yaradır. Sakinlər qəza ehtimalını nəzərə alaraq, problemin aradan qaldırılması üçün operativ addım atılmasını tələb edirlər.