SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun İsmayıllı rayonunda vətəndaş qəbulu keçiriləcək.
Shimal.News xəbər verir ki, tədbir fevralın 21-də, saat 11:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Ağsu və İsmayıllı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 070-244-58-20; 050-845-75-15) müraciət edə bilərlər.