Şabran şəhərinin Xudu Məmmədov küçəsində antisanitar vəziyyət sakinləri narahat edir.
Bununla bağlı Shimal.News-a danışan yerli sakinlər bildiriblər ki, sözügedən küçədə məişət tullantıları yığışdırılmaq əvəzinə yandırlır.
“Küçənin hər tərəfi zibillə - paket, butulka və s. kimi tullantılarla doludur. Bunları və zibil qutularında olan tullantıları birdəfəlik gəlib yığışdırmaq əvəzinə yandırırlar. Baxmayaraq ki, tullantılara görə aylıq ödənişlər yığılır. Hər axşam eyni şeyləri yaşayırıq. İşçilər gəlir tullantıları bir yerə yığıb yandırırlar, yanğınsöndürənlər isə gəlib söndürürlər. Bu isti havada zibil və tüstünün qoxusu yayılır, nəfəs ala bilmirik.
Pəncərələri açıb hava almaq, sərinləmək istəsək də, bu, mümkün olmur. Kiminsə evində kondisioner var, kiminsə evində yoxdur. Kondisoneri, sərinkeşi olmayan insanlar yayın bu istisində nə etməlidirlər?! Ya pəncərəni bağlayıb havasız qalmalısan, ya da tüstü və zibil qarışığı qoxunu ciyərlərinə doldurmalısan”,- deyə sakinlər narazılıqlarını dilə gətiriblər.