Zaqatala rayon Aşağı Tala kəndinin “Lenin Qoruqları” adlanan ərazisində içməli su təminatının yaxşılaşdırılması məqsədilə su çəninin təmiri işləri həyata keçirilib.
Shimal.News xəbər verir ki, görülən işlər əhalinin keyfiyyətli içməli su ilə təmin olunmasına yönəlib.
Təmirlə əlaqədar olaraq mövcud çəndə sızmalar aradan qaldırılıb, konstruksiya möhkəmləndirilib və çənin ümumi texniki vəziyyəti bərpa edilib.