top
Kişi barışmaq istəməyən keçmiş arvadını döydü
26 dekabr 2025, 16:14
- ↺ +

Kişi barışmaq istəməyən keçmiş arvadını döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qax rayonunda 1994-cü il təvəllüdlü Əmrah ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Ləmanı (adlar şərtidir – red.) döyüb.

Demokrat.az-ın məlumatına görə, hadisə 14 sentyabr 2025-ci il tarixində Qax şəhərində yerləşən gözəllik salonunda baş verib.

Yevlax rayon sakini Əmrah Ləmanın onu salondan qovması səbəbindən aralarında yaranan mübahisə zamanı qadının baş və bədən nahiyələrinə bir neçə dəfə yumruq və təpik zərbələri endirib.

Hadisəni törədən barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə ifadə verən Əmrah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisədən təxminən 2–3 ay əvvəl keçmiş həyat yoldaşı Ləmanla rəsmi qaydada boşanıblar:

"Boşanmağımıza səbəb ailə daxilində tez-tez baş verən söz-söhbətlər olub. Ayrıldıqdan sonra da aramızdakı mübahisələr davam edirdi. Dəfələrlə Ləmanla telefonla danışaraq barışmaq istədiyimi demişəm. Lakin o, buna razılaşmayıb və bu səbəbdən aramızda mübahisələr yaranıb".

Əmrah qeyd edib ki, sentyabrın 14-də təxminən saat 17:00-da keçmiş həyat yoldaşının işlədiyi gözəllik salonuna gedərək onunla danışmaq qərarına gəlib:

"Həmin vaxt salonun qapısını açanda Ləmanın telefonla danışdığını gördüm. Salonda başqa heç kim yox idi. Ondan kimlə danışdığını soruşdum. O isə aqressiv cavab verərək salonu tərk etməyimi tələb etdi. Bu sözlər məni əsəbiləşdirdi, onun əlindəki telefonu alıb yerə vuraraq sındırdım. Daha sonra əsəblərimə hakim ola bilmədim və aramızda mübahisə yarandı. Mübahisə zamanı onun sifət nahiyəsinə yumruqla, bədən nahiyəsinə isə təpiklə vurmağa başladım. Ləman ağladığı üçün salonu tərk edərək getdim".

Qax Rayon Məhkəməsinin qərarı ilə Əmrah 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddət ərzində gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etmək, həmçinin Yevlax rayonu ərazisindən kənara çıxmaq qadağan olunub.

Bundan əlavə, ona cəzaçəkmə müddəti ərzində elektron nəzarət vasitəsini daşımaq və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək öhdəliyi qoyulub.

Həmçinin təqsirləndirilən şəxs məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişdirməməli, iş və ya təhsil yerini dəyişdirdiyi halda isə cəzanın icrasına nəzarət edən orqanı əvvəlcədən məlumatlandırmalıdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Hadisə
16 oktyabr 2026, 15:10

İsmayıllıda ağır qəza

Oxşar xəbərlər