Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Apa.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Aygün Azadxan qızı Miraliyeva, övladları 2002-ci il təvəllüdlü Asif Namiq oğlu Miraliyev və 2008-ci il təvəllüdlü Natiq Namiq oğlu Miraliyev dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda onların vəziyyətlərinin ağır olduğu bildirilir.