Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Lent.az-ın məlumatına görə, Zaqatala rayonunun Danaçı kənd sakini İbrahim Məhərrəm oğlu Qurqunayev döyüşlərdə həyatını itirib.
Yaxınlarının dediyinə görə, İbrahim Qurqunayev Rusiyada həbs edilib. Həbsdən azad olması üçün ona müharibəyə getmək təklif olunub.
Həbsxanadan çıxmaq üçün bu təklifi qəbul edən İbrahim ağır döyüşlərin getdiyi bölgəyə göndərilib.
O, ilk günlərdə yaxınları ilə mütəmadi əlaqə saxlayıb. Lakin bir müddət sonra onunla əlaqə kəsilib.
Bildirilir ki, İbrahim Qurqunayev ağır döyüşlərdə ölüb və onun meyitini ərazidən çıxarmaq mümkün olmayıb.