Zaqatala rayonu, Danaçı kənd sakini Dağıstanda faciəvi şəkildə həlak olub.
Lent.az-ın məlumatına görə, 26 yaşlı Hacı Əhməd oğlu Dodoçov tikintidə işləyən zaman onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətdən ölüb.
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.