Zaqatala və Balakən rayonlarında qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən genişmiqyaslı mübarizə artıq bəhrəsini verir.
Shimal.News xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, monitorinqlər zamanı 10-dan çox kənddə 1000-dən artıq ev və tikili yoxlanılıb.
Nəticədə qışlama üçün əlverişli olan çardaqlar, tavanarası sahələr və köhnə tikililərdə qrup halında toplanan yetkin bağacıq fərdləri aşkarlanaraq məhv edilib.
Tədbirlərin yüksək səmərəliliyi nəzərə alınaraq, mübarizə işləri bölgədə fasiləsiz şəkildə davam etdiriləcək.