Qobustan rayonunun Təklə kəndi ərazisində 500-dən çox Eldar şamı əkilib.
Shimal.News xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Marafon" kütləvi ağacəkmə kampaniyası çərçivəsində daha bir aksiya təşkil olunub.
Kampaniya çərçivəsində müxtəlif bölgələrdə aparılan ağacəkmə aksiyalarında hər bir regionun torpaq-iqlim xüsusiyyətləri nəzərə alınır. Əraziyə uyğun olaraq ərik, iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd və şabalıd kimi müxtəlif ağac növləri əkilir.
Kampaniyanın məqsədi ölkədə yaşıllığın artırılması, ekoloji tarazlığın qorunması və ictimaiyyətin ekologiya mövzusunda maarifləndirilməsidir.