Sentyabrın 1-də Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində batan ikinci şəxsin meyiti aşkar olunub.
Shimal.News xəbər verir ki, hadisə zamanı Tovuz rayonu Çilovdarlı kənd sakinləri olan qardaşlar 23 yaşlı Ramazan və 26 yaşlı Orxan Abdıyevlər həyatlarını itiriblər. Bundan öncə yalnız 1 meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən keçirilən axtarışlar yekunlaşıb.
Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.