Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 60-cı kilometrliyində avtomobil yanıb.
Bu barədə Shimal.News-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Xızı rayonunda "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.