Xaçmaz rayonunun Elektroset yolu adlanan ərazisindəki yolların vəziyyətindən sakinlər narazıdırlar.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, yol çox bərbad vəziyyətdədir.
“Bu yolda avtomobili düzgün idarə etmək mümkün deyil. Yol boyunca iri çalalar var və səth kələ-kötürdür. Sanki hər hansı bir oyunun içərisindəyik və çalışırıq ki, heç bir qəza törətmədən növbəti mərhələyə keçək”, - deyə onlar bildiriblər.
View this post on Instagram