Xaçmazın Qusarçay kəndi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü məsuliyyətə cəlb olunub.
Avtosfer.az-ın məlumatına görə, polis baş leytenantı Xəyal Talıbov bildirib ki, 16 yaşlı yeniyetmə avtoxuliqanlıq edib və görüntüləri sosial şəbəkələrdə yayıb.
Məlum olub ki, “Opel” markalı 38-BJ-780 nömrəli avtomobili idarə etmək üçün gəncə onun qohumu verib. Hər iki şəxs Polis Şöbəsinə dəvət olunub, profilaktik söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.