Xaçmaz rayonunda iri gövdəli ağacların dibinə böyük həcmdə lil tökülüb.
Shimal.News-un əldə etdiyi məlumata görə, bu hal İdrisoba kənd yolunda qeydə alınıb.
Yaxınlıqda yerləşən intensiv meyvə bağının su anbarında toplanan lil təmizlənib. Tullantı isə yolun kənarındakı iri gövdəli ağacların dibinə boşaldılıb. Nəticədə bəzi ağacların ətrafında lil təbəqəsinin hündürlüyü təxminən 1 metrə çatıb.
Sakinlər bildirirlər ki, lilin bu şəkildə ağacların dibinə tökülməsi onların məhvinə səbəb ola bilər.