Xaçmaz rayonunun Şıxhaput kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 81 m² olan birmərtəbəli evin mətbəxində tavan yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.