Siyəzən sakini 65 baş iribuynuzlu heyvanını satıb. 10 il keçməsinə baxmayaraq hələ də malının pulunu ala bilmir.
Xezerxeber.az-ın məlumatına görə, Ağası İskəndərov 1800 manat beh alaraq 26.000 manatlıq mal-qaranı alıcıya verib. Müştəri ona 1 həftə sonra 65 inəyin qarşılığında 150 baş xırdabuynuzlu heyvan veriləcəyini, yerdə qalan 10.000 manatı isə nağd şəkildə ödəyəcəyini söz vermişdir.
İş məhkəmədə araşdırılıb, zərərçəkənin xeyrinə qətnamə çıxarıb. Lakin Ağası İskəndərov hələ də öz pulunu ala bilmir.
Zərərçəkənə bu illər ərzində 4500 manat ödənilib. Hazırda borcun çox hissəsi ödənilməmiş qalır. Ağası İskəndərov həmçinin məhkmə qərarının icraçısından da narazıdır. Onun sözlərinə görə, bu işə laqeyd yanaşılır. Zərərçəkmiş tərəf məsələnin hüquqi və qanuni yollarla öz həllini tapmasını tələb edir.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Dinar Bədəlov bildirdi ki, hazırda istintaqın icrası həyata keçirilir. İstintaq tamamlandıqdan sonra iş məhkəməyə göndəriləcək.