Şabran rayonunda yerləşən “Taxtakörpü” su anbarında 1 nəfərin meyiti aşkar olunub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Shimal.News-un əldə etdiyi məlumata görə, həmin şəxs Xaçmaz rayonunun Alıcqışlaq kənd sakini, 46 yaşlı Ədalət Elman oğlu Pirverdiyevdir (Ədalət Elman).
Xəbər verdiyimiz kimi Ədalət Elman oktyabrın 19-u itkin düşüb. Yerli sakinlər bildirirlər ki, onun səhhətində problemlər olub. O, bir müddət öncə yaxınlarına özünü kanala ataraq intihar edəcəyini bildirib.
Daş üzərində oyma sənəti ilə məşğul olan rəssamın üç övladı var. O, oktyabr ayının əvvəlində oğlu üçün toy edib.