Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Apa.az-ın məlumatına görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətə azadlıqdan məhrum edilib.
Hadisə ötən il aprel ayında Yevlax rayonunda baş verib. Mübahisə nəticəsində Şəhriyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq qətlə yetirib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü maddələri ilə ittiham edilib.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, qətl hadisəsi söyüş üstündə baş verib.