top
Şöbə müdiri: “Şimal rayonlarında sürüşmə təhlükəsi var”
08 aprel 2025, 11:00
- +

Şöbə müdiri: “Şimal rayonlarında sürüşmə təhlükəsi var”

“Torpaq sürüşməsi Böyük Qafqazın cənub-şərq hissəsi üçün xarakterikdir. Quba, Qusar, Siyəzən, Şabran, Şamaxı, İsmayıllı, Qobustan ərazilərində sürüşmə təhlükəsi var”.

Bunu Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov Teleqraf-a açıqlamasında deyib.

“Yaz fəsli sürüşmələrin aktiv olduğu fəsildir. Qış dövründə yağan qarın əriməsi, torpağın su ilə doyması, yağıntılı dövrün bunlarla üst-üstə düşməsi torpaq sürüşmələrini fəallaşdırır. Martın ikinci yarısı yağıntısız keçdi və hazırda da bu hal müşahidə olunur. Kifayət qədər quraqlıq olması sürüşmə hadisələrinin tezliyinin azalmasına şərait yaradır. Yaz fəslində ölkə ərazisinə həm yağıntı gətirən hava kütlələri, həm də quraq hava şəraiti yaradan kütlələr daxil olur. Bu iki hava kütlələrinin mübarizəsi yaz üçün xarakterikdir".

M.İsmayılovun sözlərinə görə, Böyük Qafqazın təşkil olunduğu geoloji quruluş sürüşməyə çox meyilli zonalardır:

"Bu ərazilərdə ehtiyat tədbirlərinin görülməsi çox vacibdir. Bu yaxınlarda Böyük Qafqazın cənub yamacında Qax rayonunun Ləkit kəndində torpaq sürüşməsi baş verdi. Sürüşməyə meyilli zona olmasına baxmayaraq, yenə də bu baş verdi. Çünki vaxtilə orada güclü sürüşmələr baş verib. Zaman keçdikcə müəyyən qədər zəifləmə qeydə alınır. Bu ondan xəbər verir ki, insanların təbiətə yersiz müdaxilələri başlayıb. Ləkit kəndindəki sürüşmənin səbəbi ola bilsin Mamırlı şəlaləsinə gedən yolda görülən işlərlə əlaqəlidir, nəticədə yamac kəsilib. Meşəlik ərazi olmasına baxmayaraq, hər hansı müdaxilə olarsa, bu sürüşmə üçün çox aktiv fazaya keçmək deməkdir. Ona görə də burada daha ehtiyatlı olmaq lazımdır. Bu ekosistemə təsir edir, meşənin, yamacın tarazlığı pozulur, yol sıradan çıxır”.

Şöbə müdiri qeyd edib ki, Kiçik Qafqazda, işğaldan azad olunan ərazilərdə, Daşkəsən, Göygöl, Gədəbəy ərazilərində də aktiv sahələr var:

“Talış dağları da bu ərazilər sırasındadır. Belə ərazilərə yağıntı adətən çox düşür, bu da bir sıra köhnə sürüşmə sahələrinin aktivləşməsinə şərait yaradır. Yeni sürüşmələrin baş verməməsi üçün mütləq yamaclarda texniki işlər görəndə diqqətli olmaq lazımdır. Bakıda da hazırda aktiv olan sahələr vardır. Ancaq hava quraq olduğuna görə bu aktivlik müşahidə olunmur. Bakıda texnogen yüklənmənin çoxaldığı, sürüşmə aktivliyi olan ərazilər var. Bu sahələrdə vaxtaşırı müvafiq icra orqanları monitorinq keçirməlidir. Biz adətən sürüşmələr haqqında elmi müşahidələr aparırıq. İcra orqanları da elmi məlumatları almağa meyilli olmalıdırlar”.

 

 

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər