top
Siyəzənli ailənin faciəsi - hicaba görə QƏTL
30 oktyabr 2025, 11:10
- +

Siyəzənli ailənin faciəsi - hicaba görə QƏTL

2024-cü il noyabrın 8-i Siyəzəndən olan 4 uşaq anası Bənövşə Əkbərova və atası  amansızcasına qətlə yetirilib. Bir il keçdikdən sonra, məhkəmə dinləmələrində hadisənin bütün təfərrüatları üzə çıxıb.

Lent.az-ın məlumatına görə, haidisə Bakı şəhərinin Suraxanı rayonu ərazisində, saat 23:45-də qeydə alınıb.

Vətəndaş Rəqibə Əkbərova polisə zəng edərək, oğlu Hikmətin qətl törətməsi barədə məlumat verib.

Qətl Zığ bağları sahəsində, təsərrüfat üçün tikilmiş yardımçı tikilidə baş verib. Döşəmədə uzanıqlı vəziyyətdə 1997-ci il təvəllüdlü Bənövşə Əkbərovanın, mətbəxdə divanın üzərində üzü üstə uzanıqlı halda 1972-ci il təvəllüdlü İlqar Bədəlovun meyiti aşkar edilib.

Cinayəti törədən Abşeron rayon sakini 1988-ci il təvəllüdlü Hikmət Əkbərov 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə-tibbi ekspertizaların rəylərinə görə, Bənovşə Əkbərovanın döş qəfəsində və qarın nahiyyəsində ümumilikdə 10, atası İlqar Bədəlovun isə üzündə, boynunda, döş qəfəsində və qarın nahiyyəsində 18 ədəd bıçaq yarası aşkar edilib.

Onlar növbəti gün Siyəzən rayonunda dəfn olunublar.

İstintaqla müəyyən edilib ki, noyabrın 8-i saat 23:00-da radələrində Hikmət Əkbərov müvəqqəti yaşadığı yardımçı tikilidə arvadı Bənövşə Əkbərovanın son vaxtlar ona qarşı soyuq və laqeyd davranmasını, habelə qayınatası İlqar Bədəlovun onun ailə işlərinə müdaxilə etməsini bəhanə edib, əsaslı səbəb olmadan hər ikisini öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün onların yuxuya getməsini gözləyib. Mətbəx otağında, divanda yatmış və müqavimət göstərmək imkanında olmayan İlqar Bədəlova yaxınlaşıb başına, boynuna və bədəninin digər nahiyələrinə bıçaqla çoxsaylı zərbələr endirib. Sonra yataq otağına keçərək, yatmış vəziyyətdə olan arvadına xəsarətlər yetirməyə başlayıb. Yuxudan oyanan Bənövşə Əkbərova ona müqavimət göstərib. Azyaşlı uşaqlarına əzab verdiyini dərk edərək, onların gözləri qarşısında, həmçinin yoldaşının yalvarışlarına məhəl qoymadan bıçaqla zərbələr vurmaqda davam edib. Bıçaq əlindən yerə düşəndən sonra, qonaq otağında tutub saxladığı arvadına stulla ardıcıl zərbələr endirib. Yerdə taqətsiz halda uzanmış Bənövşə Əkbərovanın ölümünü tezləşdirməkdən ötrü, mətbəx mebelinin üzərindən götürdüyü qayçı ilə qarın nahiyəsinə xəsarətlər yetirib.

Mobil telefona baxış keçirilərkən məlum olub ki, hadisədən sonra Hikmət Əkbərov qardaşı Firdovsi Əkbərova zəng edərək, 36 saniyə danışıb.

İş üzrə dindirilmiş Hikmət Əkbərov bildirib ki, 14 il əvvəl ailə həyatı qurub. Nikahdan 4 övladı dünyaya gəlib:

"Son vaxtlar eşitmişdim ki, qayınatam arvadımın hicabını çıxartdırmaq istəyib. Noyabrın 8-də gecə İlqar Bədəlovdan bunun səbəbini soruşdum. Qayınatama Bənövşənin hicabda olduğunu, namaz qıldığını desəm də, o, qızının açıq-saçıq geyinəcəyini bildirdi. Qayınanam və qayınatam məni yoldaşımdan uzaqlaşdırmağa çalışırdılar. Gələcəkdə uşaqlarımın heç kimin yanında başıaşağı olmamasından ötrü bu cinayət əməlini törətdim. Arvadımı öldürən zaman oğlum Yusuf yuxudan oyanıb mənə yalvarmayıb. Həmçinin digər övladlarım da yuxuda olublar".

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülbəniz Bədəlova ifadəsində göstərib ki, 2010-cu ildə Hikmət Əkbərovun valideyinləri evlərinə gələrək, Bənövşəyə elçi düşüblər:

"Mən də cavab olaraq, "mənim qızımın oyuncaqlarla oynayan vaxtıdır, 13 yaşı var, evlənmək vaxtı deyil" demişdim. Ərim İlqarla Hikmətin dayısı dost olduğuna görə, 3-4 aydan sonra onların vasitəsi ilə yoldaşımdan qızının "həri"sini aldılar. Amma buna etiraz etdim və qızımın nişanını qaytardım. Hikmət də acıq edərək, Bənövşəni qaçırdı. Yoldaşımla birlikdə Hökməli qəsəbəsində yaşayan Hikmətgilin qapısına gedərək, qızımı tələb etdim. Amma qarşı tərəf bildirdi ki, adətlərinə əsasən, qız qapıdan geri çıxa bilməz, əks halda onun atası və qardaşı ölməlidir. Belə deyib gözümü qorxutdular. Bir gün nəvəm Yusuf gizli zəng edib, "gəlib onları aparmağımı, atasının anasını döydünü" dedi. Bununla əlaqədar Qobu polis şöbəsinə şikayət etdim. Şöbədə Hikmət səhv etdiyini bildirərək, Bənövşədən üzr istəmişdi".

Bundan sonra Gülbəniz Bədəlova qızını və nəvələrini götürüb, öz evinə aparıb. Səhərisi gün Hikmət arvadı ilə uşaqlarının arxasınca gəlib:

"Kürəkənimə "uşaqlarını apara bilərsən, amma qızımı sənə verməyəcəm" dedim. Bir neçə gündən sonra bizə gələn Hikmətin böyük qardaşı Bənövşəyə bundan sonra baş verəcək hər şeyə cavabdeh olduğuna dair söz verib və aldadaraq, qızımı özü ilə apardı. Noyabrın 8-də Hikmət Əkbərovun hansı şəraitdə bu amansız cinayəti törətdiyini bilmirəm".

Psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş Yusuf Əkbərov bildirib ki, dayısı atası ilə anasını özünün işlədiyi fermada işə düzəldib:

"Noyabrın 8-də babam, bacı-qardaşlarımla valideynlərimin Zığ bağlarında qaldıqları tikiliyə getmişdilər. Babam mətbəxdə olan divanda uzanaraq televizora baxırdı. Mən qonaq otağında, ata-anam, bacı və qardaşlarım yataq otağında yatmışdıq. Saat 23:00 radələrində anamın qışqırıq səsinə oyandım. Atamın anamı stulla vurduğunu, onun da özünü əlləri qorumağa çalışdığını gördüm. Digər uşaqlar da artıq oyanaraq ağlayırdılar. Anam qışqıraraq atama vurmamağını xahiş edirdi, babam İlqarı köməyə çağırırdı. Atama mane olmaq istəsəm də, bacarmadım. Mətbəxə qaçıb babamı oyatmaq istədim, amma onun divanda qana bulaşmış halda uzandığını gördüm. Atam qayçı ilə anamın qarınına zərbələr vururdu. Anam hərəkətsiz vəziyyətdə qalmışdı, sadəcə xırıldayırdı. Atam bizi götürüb evdən çıxdı. Yoldan keçən avtomobilə mindirib Hökməli qəsəbəsinə, əmim Firdovsinin evinə apardı. Sonra özü çıxıb harasa getdi".

Yusuf Əkbərov əlavə edib ki, anasının dayısı Fəryadın yanında evdə başı açıq gəzməsi atasının xoşuna gəlməyib. Anası ilə dayısının arasında hər hansı münasibət olmayıb, sadəcə atası boş yerə qısqanclıq edib.

Şahid Xəyalə Əkbərova ifadəsində göstərib ki, noyabrın 9-na keçən gecə anası Rəqibə onu səsləyərək, Hikmətin arvadını və qayınatasını vurduğunu bildirib:

"Anam hadisə barədə polisə məlumat verdi. Sonra qardaşım Firdovsinin arvadı zəng edərək, Hikmətin taksi ilə uşaqlarını onlara gətirdiyini söylədi. Növbəti gün Hikmət onların evinə gələrkən, polis əməkdaşları tərəfindən saxlanıldı. Özüm polislərə qardaşımın yerini dedim. Bənövşə əxlaqlı qadın idi, sadəcə qardaşım əsassız yerə onu qısqanırdı".

Məhkəmə iclasında Hikmət Əkbərov ətraflı ifadə vermək istəmədiyini bildirib. Zərərçəkmiş şəxsin hüquqi varisi Gülbəniz Bədəlova və Anar Bədəlov təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş ediblər.

Məhkəmə qənaətə gəlib ki, Hikmət Əkbərovun əməlləri Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrlə təqsirli bilinərək, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Əkbərov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər