Siyəzən şəhərində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 100 m² olan ikimərtəbəli evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.
Yanğın nəticəsində evin ikinci mərtəbəsində, mətbəxdə lambirdən ibarət tavan 9 m² sahədə, mebel və bir ədəd soyuducu yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı ərazi alovdan mühafizə olunub. Yanğın tam söndürülüb.