Xəbər verdiyimiz kimi, Siyəzəndə bir aylıq körpə ölüb.
Yaxınları bildirib ki, 1 aylıq Əlinin hərarəti yüksəlib və onu xəstəxanaya aparıblar. Ailənin iddiasına görə, xəstəxanada uşaq həkiminin olmadığını əsas gətirərək onları həkim Mənsurə Ağayevanın evinə yönləndiriblər. Həmin gün həkim uşağı qəbul edib və ona yardım olunub.
Səhəri gün yenidən valideyinləri onu Mənsurə Ağayevanın evinə aparıblar. Nənənin idasına görə, həmin vaxt uşağa iynə vurulub və bundan sonra o ölüb.
Nənəsinin iddialarına görə, uşaq öləndən sonra həkimdən uşağa vurduğu iynələrin adlarını öyrənmək istəyiblər. Lakin həkim heç bir məlumat verməyib və onları evindən qovub.
Səslənən iddialarla bağlı uşağın ölümündə təqsirli hesab olunan həkim Mənsurə Ağayeva da danışıb.
Daha ətraflı videomaterialda.