top
Siyəzəndə içməli su təchizatı infrastrukturu YENİLƏNİR
04 aprel 2025, 09:53
- +

Siyəzəndə içməli su təchizatı infrastrukturu YENİLƏNİR

Siyəzəndə əhalini içməli su ilə təmin edən nasos stansiyaları, su anbarları təmir olunacaq.

Shimal.News Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, bu işləri qurumun tabeliyindəki Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi həyata keçirəcək.

İçməli su sahəsi üzrə 8 632 abonentə xidmət göstərilir ki, bunun da 8 302-si əhali, 330-u isə qeyri əhalidir. Ötən il mənbədən 2 milyon 563 min 875 m3 içməli su götürülüb və bunun 1 milyon 930 min 792 m3-i istehlakçılara verilib.

İndiyə qədər rayonda 425 içməli su, 650-si isə kanalizasiya şəbəkəsi olmaqla cari təmir işləri aparılıb. Hazırda bu istiqamətdə işlər davam edir.

Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi meliorasiya sahəsi üzrə 2032 abonent olmaqla 12 min 137 ha suvarılan əraziyə xidmət göstərir. Bunun üçün idarənin balansında 247 km-ə yaxın açıq suvarma kanalı mövcuddur ki, ondan 222 km torpaq məcralı, 24 km-i beton üzlüklüdür. Balansda 3 km-dən artıq boru, 199 km qapalı şəbəkə, 147 km isə kollektor-drenaj şəbəkəsi mövcuddur. 2025-ci il üzrə idarənin qarşıya qoyduğu vəzifələr olaraq torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulur. Bununla yanaşı idarə sel və daşqınlara qarşı da tədbirlərini davam etdirir.

Rayon ərazisindən axan çay məcralarında ekskovator və buldozerlərlə çay məcralarının tənzimlənməsi mütəmadi olaraq aparılır.

Bu il Siyəzəndə 5 771 ha kənd təsərrüfatı bitkiləri əkilib ki, bunun da 2 600 ha taxıl , 1 699 ha biçənək, 292 ha yonca, 85 ha tərəvəz-bostan, 13 ha dən üçün qarğıdalı, 785 ha bağ-meşə və 296 ha həyətyanı sahələrdir. Ümumilikdə 12 min 552 hektar sahə suvarılıb və əkin sahələrinin orta suvarılma sayı 2,2 dəfə olub.

 

 

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər