Siyəzəndə bir aylıq körpə Əli Aqşin oğlu Novruzova iynə vururulub. İynədən sonra körpə ölüb.
Lent.az-ın məlumatına görə, uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.
Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Aqşin oğlu Novruzova iynə vurduğunu, nəticədə nəvəsinin öldüyünü bildirib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.