Sentyabrın 15-də Siyəzən Rayon Mərkəzi Xəstəxanasına hücum olub.
Oxu.az-ın məlumatına görə, rayon sakini, 1973-cü il təvəllüdlü Əlhadi Məhəmməd oğlu Səmədov əsəbi halda əraziyə gələrək, xəstəxananın qapısını təpiklə qırıb, binaya daxil olub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və şəxs barədə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Rayon Məhkəməsində inzibati xəta törədən şəxslə xəstəxananın direktoru arasında barışıq elan olunub. Hadisəni törədən şəxs xəstəxanaya dəymiş 100 manat ziyanı ödəyib. Məhkəmənin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.