Siyəzən rayon sakini Arif Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıt şəhərinə qonaq gəlib və öldürülüb.
Report.az-ın məlumatına görə, 2-ci mikrorayon ərazisində 55 yaşlı Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.
Məlumata görə, N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib. A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlib.