Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Siyəzən, Qusar və Şabran rayonlarının inzibati ərazisində nəzarət tədbirləri keçiriblər.
Shimal.News xəbər verir ki, yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Araşdırma zamanı Siyəzən rayonu Yenikənd kəndinin inzibati ərazisində həmin kənd sakini Ruslan Eyvazov tərəfindən 1 ədəd, Qusar rayonu Quxuroba kəndinin inzibati ərazisində həmin kənd sakini Aydın Fərzəliyev tərəfindən 13 ədəd, Qusar rayonu Düztahir kəndinin inzibati ərazisində həmin kənd sakini Arif Atayev tərəfindən 1 ədəd, Şabran rayonu H.Əliyev prospektində Şabran rayonu Sumağava kənd sakini Vasif Orucov tərəfindən 1 ədəd kolun kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı təqsirkarlar barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.