top
Şimalın soyuq dərdi: Qazın limiti artırılacaqmı?-AÇIQLAMALAR
17 dekabr 2024, 17:00
- +

Şimalın soyuq dərdi: Qazın limiti artırılacaqmı?-AÇIQLAMALAR

Şimal bölgələrində qış mövsümünün uzunluğu və sərtliyi (təxminən 6 ay davam edir) səbəbindən qaz istifadəsi burada digər regionlara nisbətən daha vacibdir. Sakinlərin də qeyd etdiyi kimi, qaz limiti kifayət etmir və xüsusən də soyuq aylarda bu limitin artırılması və ya tamamilə ləğvi zəruri görünür.

Məsələ ilə bağlı Shimal.News-a açıqlama verən deputat Azər Badamov qeyd edib ki, dağlıq rayonlarda güzəştli qaz limitinin artırılmasına ehtiyac var.

Şimalın soyuq dərdi: Qazın limiti artırılacaqmı?-AÇIQLAMALAR

“Yanvarın 6-7-dən sonra abonentlər alacaqlar qazı 1200 kubmertlik limitlə əldə edəcəklər. Bu isə 12 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12 qəpik ödəyirlər. Amma dağ rayonlarında havalar daha sərt keçir və soyuq havaların  davametmə müddəti  digər rayonlardan iki dəfə çoxdur. Hətta qış günündə  aran rayonlarına nisbətən dağ rayonlarında eyni ölçü və sahəyə malik bir evin isidilməsi üçün daha çox enerjiyə ehtiyac duyulur. Bu baxımdan Tarif Şurasında qaz limitinə yenidən baxılmasına ehtiyac olduğunu hesab edirəm. Həm də seçicilərimiz görüşlərdə güzəştli qaz limitinin artırılması ilə bağlı məsələni müvafiq qurumun qarşısında qaldırmağımızı mütəmadi olaraq xahiş edirlər. Bu baxımdan dövlətin iqtisadi imkanları güzəştli limitin artırılmasına böyük bir çətinlik yaratmırsa, bu məsələyə  yenidən baxılması vacibdir”.

Şimalın soyuq dərdi: Qazın limiti artırılacaqmı?-AÇIQLAMALAR

Həmkarı ilə eyni fikirləri bölüşən deputat Vüqar Bayramov da saytımıza açıqlama verərək bildirib ki, Milli Məclisdə müzakirələr zamanı təqdim edilən təkliflərdən biri də qaz limitinin dağlıq rayonlar üzrə fərqləndirilməsi və o ərazilərdə yaşayan vətəndaşların qaz limitinin artırılması ilə bağlıdır:

“ Nəzərə almaq lazımdır ki, məhz həmin bölgələrimizdə iqlim şəraiti ilə bağlı olaraq həm mavi qaza qış aylarında tələb artır,  həm də bu ailə büdcəsi üçün xüsusi təsirlərə malik olur. Həmin ərazilərə fərqli limitlərin tətbiqi orada yaşayan vətəndaşlara imkan verə bilər ki, daha ucuz qiymətə mavi qazdan istifadə edə bilsinlər”.

Bəzi vətəndaşlar isə problemi məhz “Azəriqaz” İstehsalat Birliyində görür. “Azəriqaz” isə fərqli düşünür.

Şimalın soyuq dərdi: Qazın limiti artırılacaqmı?-AÇIQLAMALAR

Mövzu ilə bağlı Shimal.News-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, qurum xidmət sahəsidir və o, öz xidmətini Birliyə təqdim olunan qaydalara əsaslanaraq həyata keçirir:

“İstər aran, istərsə də dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində tariflərlə, eləcə də limitlərlə bağlı qərarı “Azəriqaz” vermir”.

E.Vəliyev şimal rayonlarında hələ də qazlaşdırılmayan kəndlərin olması ilə bağlı suala isə cavab olaraq qeyd edib ki, “Azəriqaz”a 2021-ci ildən etibarən dövlət büdcəsindən qazlaşdırılma ilə bağlı vəsait ayrılmır:

“Buna görə də “Azəriqaz” qazlaşma prosesini öz resursları və daxili imkanları hesabına həyata keçirir. Şimal rayonlarında, dağlıq ərazilərdə də kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılması Birliyin daim gündəmindədir. Bu iş “Azəriqaz”ın maliyyə imkanlarından asılı olaraq mərhələli şəkildə icra olunur”.

Dünya təcrübəsinə isə baxsaq görərik ki, bəzi ölkərlərdə qazlaşdırma üçün modul sistemlər və sıxılmış qaz texnologiyalarından istifadə edilir. Məsələn, Qazaxıstan və Qətər geniş qaz infrastrukturu layihələrinə sərmayə qoyaraq ucqar kəndlərə qaz çəkilişi üçün yeni sistemlər hazırlayır. Bu layihələr sıxılmış təbii qaz və ya LNG (Liquid Natural Gas) texnologiyalarından istifadəni əhatə edir. Bu yanaşma, boru şəbəkəsi çəkilməyən yerlər üçün alternativ həll kimi göstərilir.

Skandinaviya ölkələrində isə qaz istehlakı subsidiyalaşdırılır və əhalinin ehtiyaclarını qarşılamaq üçün xüsusi proqramlar həyata keçirilir.

Zaur Mirzə

 

 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər