Bu il oktyabr ayının 1-i vəziyyətinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə pensiyaçıların sayı açıqlanıb.
Shimal.News xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, Qubada 13 min 950, Qusarda 9137, Xaçmazda 15 min 752, İsmayıllıda 9910, Şabranda 5752, Siyəzəndə 3621, Xızıda isə 1264 nəfər pensiyaçı yaşayır.