Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən təbii fəlakət nəticəsində ziyan dəyən 21 fərdi yaşayış evində əlavə bərpa işləri aparılacaq.
Shimal.News xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi bildirib.
Məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb. Qurum bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tikinti şirkətlərinin biri ilə müqavilə bağlayıb. Əlavə bərpa işlərinə yarım milyon manat vəsait sərf olunacaq.