Son günlər ölkə ərazisində, xüsusilə də şimal rayonlarında dabaq xəstəliyinin yayılması ilə bağlı sakinlər arasında narahatlıq yaranıb.
Shimal.News-a danışan Qusar rayonunun Yuxarı Ləgər kənd sakinlərinin iddialarına görə, mal-qaraları dabaq xəstəliyinə yoluxub.
“Bütün heyvanlarımız dabaq xəstəliyinə yoluxub, müalicələrini də özümüz aparırıq”,- deyə kəndlilər bildiriblər.
Məsələ ilə bağlı Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov və Qusar Rayon Baytarlıq İdarəsinin rəisi Yusif Xəncəlovla əlaqə saxladıq. Onların sözlərinə görə, dabaq xəstəliyinin yayılması hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Ətraflı videomaterialda: