Bu ilin noyabr 1-nə Azərbaycan banklarının milli valyutada cəmi kredit portfeli 22,5 milyard manat təşkil edib.
Shimal.News xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, paytaxt Bakıda milli valyutada verilmiş kreditlərin ümumi məbləği 16,4 milyard manatdan bir qədər yüksək olub.
Milli valyutada kreditlərin məbləği Xaçmazda 175,6 milyon, Qubada 142,4 milyon, İsmayıllıda 71,5 milyon, Şabranda 51,3 milyon, Qusarda 37,5 milyon, Siyəzəndə 34,9 milyon, Xızıda isə 4,5 milyon manat həcmində olub.