Azərbaycanın rayon və şəhərlərində bu ilin yanvar-sentyabr ayları üzrə qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb.
Shimal.News Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə rəsmi işsizlərin sayı 216,4 min nəfər olub.
Qubadakı rəsmi işsizlərin sayı 5230, Xaçmazda 4266, İsmayıllıda 2554, Qusarda 1937, Şabranda 1662, Siyəzəndə 1626, Xızıda isə 466 nəfərdir.
Məlumata görə ən çox işsiz sayı Bakıdan sonra Ağdamdadır - 6,5 min nəfər.