Bir neçə gün öncə Quba şəhərinin Səməd Vurğun küçəsində, şəhər qəbirstanlığının yaxınlığında məişət tullantılarının “xoşagəlməz mənzərə” yaratması barədə məlumat vermişdik.
Shimal.News xəbər verir ki, artıq küçə Təmiz Quba Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tullantılardan təmizlənib və əraziyə zibil qutuları qoyulub.
Birlikdən saytımıza verilən məlumata görə, tezliklə ərazidə 60 ədəd şam ağacı əkiləcək.
