top
Şəkili alim Varşava Universitetində ilk beşlikdə
25 noyabr 2025, 16:10
- +

Şəkili alim Varşava Universitetində ilk beşlikdə

Süni intellektin material elmləri ilə qovuşduğu, atomların davranışından gələcəyin texnologiyalarına qədər uzanan bir sahədə gənc alimlərin addımları yalnız elmi mühit üçün deyil, həmçinin ölkəmizin intellektual potensialı üçün mühüm siqnaldır.

Azərtac-ın məlumatına görə, belə tədqiqatçılardan biri də Bakı Mühəndislik Universitetinin (BMU) məzunu, Varşava Universitetinin doktorantı Ülkər Cabbarlıdır. O, ikiölçülü kristallardan hidrogen enerjisinə qədər geniş spektrdə aparıcı tədqiqatlara imza atmaqla yanaşı, beynəlxalq akademik mühitdə ölkəmizi uğurla təmsil edir.

- Ülkər xanım, əvvəlcə özünüz haqqında məlumat verərdiniz.

- Şəki rayonunun Qoxmuq kəndində anadan olmuşam. Orta təhsilimi də kəndimizdəki məktəbdə almışam. Ailəmizdə texniki fənlərə maraq atamdan gəlir. O, həmişə qızlarını elmə yönəlməyə təşviq edib. İlk müəllimlərim, ilk ilham qaynaqlarım da məhz atam və anam olub. Bu gün əldə etdiyim bütün nailiyyətlərin əsas dəstəkçiləri də elə onlardır. Məktəbdə isə riyaziyyat müəllimim Dəyanət Məmmədova və fizika müəllimim Arzu Məmmədovanın təsiri ilə bu fənlərə marağım daha da gücləndi. Onların motivasiyası və istiqamətləndirməsi sayəsində ali təhsilimi fizika sahəsində davam etdirməyə qərar verdim.

- Bəs süni intellekt tətbiqlərinə marağınız necə yarandı?

- BMU-da bakalavriat təhsilim zamanı modelləşdirmə sahəsi ilə ilkin tanışlığım olub, lakin süni intellektə olan həqiqi marağım magistratura dövründə fiziki proseslərin kompüter modelləşdirilməsi ilə məşğul olduğum zaman formalaşıb. Danimarkada iştirak etdiyim yay məktəbi proqramı bu baxımdan dönüş nöqtəsi oldu. Orada Almaniyadan olan bir professorla süni intellektin material elmlərində tətbiqi barədə geniş müzakirə aparmaq imkanım yarandı. Həmin vaxt anladım ki, ən mürəkkəb material problemlərini belə süni intellekt və maşın öyrənməsi ilə həm daha sürətli, həm də daha yüksək dəqiqliklə proqnozlaşdırmaq mümkündür. Son illərdə fizika sahəsində süni intellektlə bağlı uğurların tanınması da bu sahənin yeni elmi era olduğunu aydın göstərdi. Buna görə də süni intellekt mənim üçün təkcə alət deyil, elmin gələcəyini formalaşdıran strateji istiqamətə çevrildi.

- Varşava Universitetində doktoranturaya qəbul zamanı ilk beşliyə düşmüsünüz. Bu nəticəni qazanmaq üçün nələr etdiniz?

- Bu, magistratura dövründə qazandığım möhkəm nəzəri baza, yüksək akademik göstəricilər və beynəlxalq tədqiqatlarda aktiv iştirakın nəticəsidir. Qəbul prosesi dörd mərhələdən ibarət idi: elmi nəşrlərin qiymətləndirilməsi, doktorantura işinin ilkin təsviri, qəbul imtahanı və müsahibə. Bu mərhələlər həm riyazi-fiziki bilikləri, həm də elmi yanaşmanı yoxlayırdı. İlk beşlikdə yer almaq mənə xüsusi motivasiya verdi. Çünki indiyə qədər bu göstəriciyə daha çox yerli tələbələr nail olmuşdu. Mən isə Varşava Universitetinin fizika elmləri sahəsində bu nəticəni göstərən ilk qadın və ilk beynəlxalq tələbə oldum.

- “Women in STEM” və “Hokuma Aliyeva Scholarship” təqaüdlərini necə qazandınız?

- Hər iki proqram akademik nəticələrə və qadınların elm sahəsində rolunu artırmaq istiqamətində atılan addımlara diqqət yetirir. Mənim elmi nəşrlərim, beynəlxalq əməkdaşlığım, ictimai fəallığım və qadınların STEM-də iştirakı üçün həyata keçirdiyim təşəbbüslər seçim prosesində əsas rol oynadı. Qrant Avropa ölkələrindən birinə qısa elmi səfər xərclərini əhatə edirdi; Hökumə Əliyeva adına təqaüd isə Polşada təhsil alan, elmi aktivliyinə görə seçilmiş yeddi azərbaycanlı xanıma verilən xüsusi dəstəkdir. Bu dəstəklər mənim üçün həm maliyyə, həm də məsuliyyət anlamına gəlir.

 

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər